Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Geoloji-kəşfiyyat işləri haqqında
2018-ci ildə ölkədə yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinə 35,8 milyon manat və ya 2017-ci illə müqayisədə 10,9 faiz çox vəsait sərf olunmuşdur.
Geoloji-kəşfiyyat işlərinə xərclənmiş vəsaitin 82,4 faizi və ya 29,5 milyon manatı neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilmişdir.
2017-ci illə müqayisədə ötən il regional geoloji-geofiziki işlərə 9,3 faiz, əlvan metalların kəşfiyyatına 7,7 faiz, radioaktiv metalların kəşfiyyatına 6,1 faiz, qara metalların kəşfiyyatına 5,0 faiz, hidrogeoloji işlərə 4,4 faiz, nəcib metalların kəşfiyyatına 4,3 faiz çox vəsait sərf edilmişdir.
Əlaqə telefonu: 538-63-03