Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Zərdab və Göygöl rayon statistika idarələrinin açılışı olub
22 iyun 2019-cu il tarixində “23 iyun Dövlət qulluqçularının peşə bayramı günü” ərəfəsində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Zərdab və Göygöl rayon statistika idarələrinin yeni inzibati binaları istifadəyə verilib.
Müasir inzibati binalar Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” çərçivəsində inşa olunub.
Açılış mərasimlərində Dövlət Statistika Komitəsinin, Zərdab və Göygöl Rayon İcra Hakimiyyətlərinin rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, son illərdə respublikamızda rəsmi statistikanın inkişafına dair uğurla icra olunan Dövlət Proqramları nəticəsində yerli statistika orqanlarının işçilərinin iş şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazalarının gücləndirilməsi məqsədilə son 10 ildə 30-dan cox rayon və şəhər statistika idarəsi üçün yeni inzibati binalar tikilib. Bütün bu görülən işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli statistika sisteminin inkişafına olan diqqətin əyani təzahürüdür. Çıxışlarda yeni binanın tikintisi və burada yaradılan bütün zəruri şəraitə görə dövlət başçısına minnətdarlıq ifadə olunub.
Tədbir iştirakçıları yeni binalarda yaradılan şəraitlə tanış olublar. Hər birinin sahəsi 394 kv.metr olan iki mərtəbəli inzibati binalar müasir tələblərə cavab verir, komputer texnikası, mebel və digər zəruri avadanlıqlarla təchiz edilib.