Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2019-cu ilin yanvar-sentyabr aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında
2019-cu ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1274 və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,0 faiz azalaraq 1735 nəfər olmuşdur. Onlardan 557-si həlak olmuş, 1178-i isə yaralanmışdır. Hadisələrin 46,2 faizi gündüz, 36,1 faizi gecə, 17,7 faizi isə toran vaxtı baş vermiş, 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.
Yol-nəqliyyat hadisələrinin 88,5 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,0 faiz azalaraq 399 nəfər, yaralananların sayı isə 3,2 faiz azalaraq 1135 nəfər olmuşdur.
Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı
Göstəricinin adı | 2019-cu ilin yanvar-sentyabr aylarında, vahid | 2018-ci ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə |
Bütün yol-nəqliyyat hadisələri – cəmi | 1274 | 99,2 |
Məkanına görə: | ||
magistral avtomobil yollarında | 147 | 108,9 |
yaşayış məntəqələrində | 1127 | 98,1 |
İşıqlılıq vəziyyətinə görə: | ||
gündüz vaxtı | 588 | 113,3 |
toran vaxtı | 226 | 89,7 |
gecə vaxtı | 460 | 89,7 |
Yol örtüyünün vəziyyətinə görə: | ||
quru yol örtüyü | 1222 | 99,3 |
digər (yaş, buz və s.) | 52 | 96,3 |
Zərərçəkənlərin sayı, nəfər | 1735 | 98,0 |
həlak olanlar | 557 | 105,7 |
yaralananlar | 1178 | 94,7 |
Bütün yol-nəqliyyat hadisələrinin 42,0 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 23,3 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 79,0 faizini, yaralananların isə 74,2 faizini kişilər təşkil etmişdir.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 17 hadisə baş vermiş, nəticədə 7 nəfər ölmüş, 14 nəfər yaralanmışdır. Hadisələrin 70,6 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.
Əlaqə telefonu: 538-93-98