Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2019-cu ilin yanvar-oktyabr aylarında Ümumi Daxili Məhsul istehsalı
2019-cu ilin yanvar-oktyabr aylarında ölkədə 65415,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.
İqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 0,2 faiz artmışdır.
Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilmişdir. İnformasiya və rabitə sahələrində əlavə dəyər 16,1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,5 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,1 faiz, sənayedə 1,7 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 0,5 faiz, digər xidmət sahələrində 3,0 faiz artmış, tikintidə isə 6,2 faiz azalmışdır.
Əhalinin hər nəfərinə düşən ÜDM 6609,6 manata bərabər olmuşdur.
Əlaqə telefonu: 538-74-50