Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2019-cu ilin yanvar-noyabr aylarında Ümumi Daxili Məhsul istehsalı
2019-cu ilin yanvar-noyabr aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq 72852,2 milyon manat təşkil etmişdir.
İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 0,2 faiz artmışdır.
Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 15,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,1 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,9 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,5 faiz, sənayedə 1,5 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 0,5 faiz, digər xidmət sahələrində 3,3 faiz artmış, tikintidə isə 6,4 faiz azalmışdır.
Əhalinin hər nəfərinə düşən ÜDM 7357,8 manata bərabər olmuşdur.
Əlaqə telefonu: 538-74-50