Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Vətəgə sahələrində balıqların artırılması və mühafizəsi haqqında
Su hövzələrində balıq ehtiyatlarının süni yolla artırılması və bərpası, müxtəlif balıq növlərinin yetişdirilməsi, eləcə də onların mühafizəsi əhalinin ərzaq məhsulları ilə davamlı və dayanıqlı təminatına yönəlmiş tədbirlərdəndir.
2019-cu ildə ölkədə vətəgə sahələrində balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 2268,3 min manat vəsait sərf olunmuşdur. Həmin vəsaitin 89,7 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 10,3 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənmişdir.
Ötən il balıqartırma müəssisələri tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 131,7 milyon ədəd balıq körpələrinin 127,8 milyon ədədi bitki ilə qidalanan balıq körpələrinin, 3,4 milyon ədədi çəkikimi balıq körpələrinin, 0,3 milyon ədədi nərəkimi balıq körpələrinin və 0,2 milyon ədədi qızılbalıq körpələrinin payına düşmüşdür.
Əlaqə telefonu: 538-75-71