Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2020-ci ilin yanvar ayında Ümumi Daxili Məhsul istehsalı
2020-ci ilin yanvar ayında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,4 faiz artaraq 6520,2 milyon manat təşkil etmişdir.
İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 4,9 faiz artmış, neft-qaz sektorunda isə 0,7 faiz azalmışdır.
ÜDM istehsalının 44,2 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 19,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,0 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 655,3 manata bərabər olmuşdur.
Əlaqə telefonu: 538-74-50