Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Geoloji-kəşfiyyat işləri haqqında
2019-cu ildə ölkədə yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinə 130,1 milyon manat və ya 2018-ci illə müqayisədə 3,6 dəfə çox vəsait sərf olunmuşdur. Artım neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilmiş vəsaitin 4,3 dəfə çoxalması hesabına baş vermişdir.
Aparılmış geoloji-kəşfiyyat işlərinin 96,9 faizi neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilmiş və bu işlərə 126,1 milyon manat xərclənmişdir.
2018-ci illə müqayisədə ötən il hidrogeoloji işlərə 9,7 faiz, qeyri-filiz faydalı qazıntı yataqlarının kəşfiyyatına 3,1 faiz çox vəsait sərf edilmişdir.
Əlaqə telefonu: 538-63-03