Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Xarici ticarət əlaqələri haqqında
2020-ci ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 133 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 71 ölkəyə məhsul ixrac olunmuş, 124 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2372,3 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 1651,4 milyon dollarını və ya 69,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 720,9 milyon dollarını (30,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 930,5 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2019-cu ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 5,5 faiz, real ifadədə 18,1 faiz, o cümlədən idxal 45,0 faiz azalmışdır. İxracda isə 0,5 faiz artım müşahidə olunmuşdur.
2020-ci ilin yanvar ayında qeyri neft-qaz məhsullarının ixracı 2019-cu ilin yanvar ayına nisbətən faktiki qiymətlərlə 2,5 faiz artmış, real ifadədə isə 5,8 faiz azalaraq 140,8 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 53,6 faizini İtaliyaya, 8,5 faizini İsrailə, 5,8 faizini Türkiyəyə, 4,4 faizini Tunisə, 4,0 faizini Ukraynaya, 3,1 faizini Çexiyaya, 2,8 faizini Portuqaliyaya, 2,4 faizini Almaniyaya, 2,3 faizini Rusiyaya, hər biri 2,2 faiz olmaqla Avstriya və İspaniyaya, hər biri 1,9 faiz olmaqla Fransa və Xorvatiyaya, 1,8 faizini Yunanıstana, 3,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,3 faiz), Türkiyəyə (23,5 faiz), İsveçrəyə (12,1 faiz), Gürcüstana (6,0 faiz), Çinə (4,2 faiz), İtaliyaya (2,9 faiz), Ukraynaya (2,2 faiz), Braziliyaya (2,2 faiz), Almaniyaya (1,6 faiz), Qazaxıstana (1,3 faiz), Yunanıstana (1,2 faiz), İrana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,2 faizi Rusiya, 15,8 faizi Çin, 14,1 faizi Türkiyə, 6,1 faizi Almaniya, 4,1 faizi ABŞ, hər biri 3,9 faiz olmaqla Türkmənistan və İtaliya, 3,5 faizi Ukrayna, 3,3 faizi İran, 2,6 faizi Birləşmiş Krallıq, 1,9 faizi Fransa, hər biri 1,8 faiz olmaqla Koreya və Yaponiya, 1,3 faizi Meksika, 19,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2020-ci ilin yanvar ayında 2019-cu ilin yanvar ayı ilə müqayisədə mühüm məhsul növlərindən bitki yağlarının ixracı 9,3 dəfə, meyvə və tərəvəz konservləri – 1,8 dəfə, meyvə və tərəvəz şirələri – 1,7 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 3,9 dəfə, kartof – 17,3 faiz, polietilen – 1,6 dəfə, emal olunmamış alüminium – 5,1 faiz, pambıq ipliyi – 3,7 dəfə, qara metallardan borular – 25,3 faiz, bentonit gili – 18,4 faiz artmış, təzə meyvə ixracı isə 22,7 faiz, təzə tərəvəz – 17,0 faiz, şəkər – 44,5 faiz, tütün – 67,1 faiz, çay – 56,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 87,3 faiz, pambıq lifi – 11,7 faiz azalmışdır.
2019-cu ilin yanvar ayı ilə müqayisədə 2020-ci ilin yanvar ayında bitki yağlarının idxalı 6,8 faiz, çay – 1,9 dəfə, kərə yağı, digər süd yağları və pastaları – 40,3 faiz, təzə tərəvəz – 8,5 faiz, minik avtomobilləri – 2,5 dəfə, polad prokatı – 47,6 faiz, qara metallardan çubuqlar – 2,3 dəfə, hesablama maşınları, blok və qurğuları – 1,6 dəfə, yük avtomobilləri – 35,8 faiz, polietilen – 30,9 faiz, avtobuslar – 2,0 dəfə, paltaryuyan maşınlar – 42,1 faiz, məişət soyuducuları – 2,5 dəfə artmış, buğda idxalı isə 54,4 faiz, təzə meyvə – 6,4 faiz, kartof – 13,5 faiz, quş əti və onun əlavə məhsulları – 10,5 faiz, mal əti – 12,2 faiz, xam şəkər və şəkər – 81,1 faiz, siqaret – 94,3 faiz, qara metallardan borular – 7,9 faiz, rezin şinlər – 32,1 faiz, mebellər – 13,8 faiz, qara metallardan künclüklər – 48,0 faiz, mineral gübrələr – 90,6 faiz, sement və sement klinkerləri – 54,9 faiz, məişət kondisionerləri – 53,6 faiz azalmışdır.
Əlaqə telefonu: 538 77 25