Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Pərakəndə ticarət dövriyyəsi haqqında
2020-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 5858,7 milyon manatlıq, o cümlədən 2994,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2864,0 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət dövriyyəsi üzrə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 3,6 faiz artım müşahidə olunmuşdur.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2019-cu ilin yanvar - fevral aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 5 858,7 | 103,1 |
o cümlədən: | ||
ərzaq məhsulları | 2 643,8 | 102,8 |
içkilər və tütün məmulatları | 350,9 | 101,3 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 1 054,7 | 103,9 |
elektrik malları və mebellər | 352,5 | 103,1 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 42,2 | 103,2 |
əczaçılıq və tibbi mallar | 91,3 | 119,3 |
avtomobil yanacağı | 311,6 | 101,0 |
digər qeyri-ərzaq məhsulları | 1 011,7 | 103,0 |
Cari ilin iki ayı ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,1 faizi ərzaq məhsullarının, 6,0 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi elektrik malları və mebellərin, 5,3 faizi avtomobil yanacağının, 1,6 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2020-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının dəyər ifadəsində 24,0 faizi ticarət müəssisələri, 48,5 faizi fərdi sahibkarlar tərəfindən, 27,5 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 29,1 faiz, fərdi sahibkarlar üzrə 0,8 faiz artmış, bazar və yarmarkalarda isə 9,1 faiz azalmışdır.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 294,3 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 14,9 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 150,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 143,9 manatlıq qeyri-ərzaq məhsulları almışdır.
Əlaqə telefonu: 538-77-25