Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Uşaqların övladlığa götürülməsi haqqında
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2019-cu ildə 345 nəfəri oğlan, 315 nəfəri isə qız olmaqla ümumilikdə 660 uşaq, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 8-i qız olmaqla 14 uşaq övladlığa götürülmüşdür. Əvvəlki illə müqayisədə övladlığa götürülən oğlanların sayı 14,2 faiz, qızların sayı 9,7 faiz azalmış, Azərbaycan Respublikasının məhkəmələri tərəfindən ləğv edilmiş övladlığa götürülmə barədə qərarların sayı isə 22,4 faiz artaraq 82 təşkil etmişdir.
2019-cu ildə övladlığa götürülmüş uşaqlardan 175 nəfəri 1 yaşadək, 296 nəfəri 1-5 yaş, 115 nəfəri 6-10 yaş, 74 nəfəri isə 11-17 yaş arasında olmuşdur.
Əlaqə telefonu : 538-90-32