Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsinin statistik vahidlərə müraciəti
Hörmətli sahibkarlar, müəssisə və təşkilatların rəhbərləri!
Məlumat üçün bildiririk ki, ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində xüsusi karantin rejimi dövründə Dövlət Statistika Komitəsinin əksər işçiləri əmək funksiyalarını evdə yerinə yetirirlər. Bununla əlaqədar olaraq rəsmi statistika hesabatlarının təqdim edilməsi ilə bağlı yaranan sualları Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində “Bizimlə əlaqə” bölməsinin “Dövlət Statistika Komitəsinin əməkdaşlarının e-poçt ünvanları” hissəsində (link: https://www.azstat.org/e_unvan/) göstərilmiş elektron poçt vasitəsi ilə ünvanlamağınız xahiş edilir.
Azərbaycan Respublikasının
Dövlət Statistika Komitəsi