Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2019-cu ildə tullantıların hərəkəti haqqında
2019-cu ildə ölkədə 3276,5 min ton və ya əvvəlki illə müqayisədə 13,1 faiz çox tullantı əmələ gəlmiş və onların 61,7 faizini bərk məişət tullantıları, 38,3 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil etmişdir.
Ötən il yaranmış 2021,6 min ton bərk məişət tullantılarının 72,9 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınmış, 26,8 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunmuş, 0,3 faizi isə ölkə daxilində satılmışdır. Məişət tullantılarından istifadə hesabına 195,9 milyon kVt saat və ya 2018-ci illə müqayisədə 20,8 faiz çox elektrik enerjisi istehsal edilmişdir.
Sənayedə və iqtisadiyyatın digər sahələrində yaranmış istehsal tullantıları ehtiyatlarının 28,3 faizi müəssisələrdə xammal kimi istifadə edilmiş, 9,9 faizi ölkə daxilində satılmış, 3,0 faizi ixrac olunmuş, 14,0 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınmış, 44,8 faizi isə müəssisələrdə qalmışdır.
Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2018-ci illə müqayisədə 6,3 faiz az və ya 317,4 min ton təhlükəli tullantı yaranmış və tullantıların ümumi miqdarında onların payı 9,7 faiz olmuşdur. Tullantıların 56,8 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranmışdır ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 66,2 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilmişdir.
Telefon: 538-63-03