Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Əsas kapitala yönəldilmiş vəsait haqqında
2020-ci ilin yanvar-aprel aylarında əsas kapitala 3903,5 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 18,8 faiz artmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,8 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 2622,3 milyon manatı və ya 67,2 faizi məhsul istehsalı sahələrinə, 875,2 milyon manatı (22,4 faizi) xidmət sahələrinə, 406,0 milyon manatı (10,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2338,3 milyon manatını və ya 59,9 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2383,2 milyon manatı və ya 61,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 62,0 faiz, büdcə vəsaitləri 21,0 faiz, əhalinin şəxsi vəsaitləri 6,6 faiz, bank kreditləri 5,7 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 2,5 faiz, sair vəsaitlər isə 2,2 faiz təşkil etmişdir.
2020-ci ilin yanvar-aprel aylarında Bakı şəhərində “Yeni klinika” tibb müəssisəsi, Naxçıvan Muxtar Respublikasında ambulatoriya-poliklinika müəssisəsi, Sumqayıt şəhərində Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsi, Gəncə və Şəki şəhərlərinin hər birində 200 çarpayılıq xəstəxana binası, Ağstafa, Goranboy, Kürdəmir, Qazax və Tovuz rayonlarında “Azərxalça” ASC-nin filialı, Kürdəmir və Tovuz rayonlarında “Asan Həyat” kompleksi, Ağstafa rayonunda Aqrar Sənaye Kompleksi, Qazax rayonunda əhəng zavodu, Şəmkir rayonunda “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi, Tovuz rayonunda Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilmişdir.
Telefon: 539-87-17