Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2020-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımaları haqqında
2020-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12526,0 min ton, yük dövriyyəsi isə 2635,5 milyon ton-km olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,3 faiz və 1,0 faiz azalma müşahidə olunmuşdur. Yüklərin 8052,8 min tonu və ya 64,3 faizi avtomobil nəqliyyatı, 3216,2 min tonu və ya 25,7 faizi dəmir yolu nəqliyyatı, 1257,0 min tonu və ya 10,0 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.
Dəhliz vasitəsilə daşınmış yüklərin 17,6 faizini və ya 2202,2 min tonunu tranzit yüklər təşkil etmişdir.
Əlaqə telefonu: 538-93-98