Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2020-ci ilin yanvar-may aylarında Ümumi Daxili Məhsul istehsalı
2020-ci ilin yanvar-may aylarında ölkədə 27479,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz, qeyri neft-qaz sektorunda isə 2,1 faiz azalmışdır.
ÜDM istehsalının 37,7 faizi sənaye, 11,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,5 faizi tikinti, 4,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi informasiya və rabitə, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 2759,9 manata bərabər olmuşdur.
Əlaqə telefonu: 538-74-50