Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Pərakəndə ticarət dövriyyəsi haqqında
2020-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,4 milyard manatlıq, o cümlədən 11,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,9 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,1 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 7,5 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,2 faiz artmışdır. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 2,0 dəfə cox olmuşdur.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2019-cu ilin yanvar - iyul aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 21 362,9 | 97,9 |
o cümlədən: | ||
ərzaq məhsulları | 10 390,3 | 103,5 |
içkilər və tütün məmulatları | 1 108,7 | 100,4 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 3 013,1 | 79,0 |
elektrik malları və mebellər | 1 157,7 | 91,1 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 162,1 | 94,0 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 383,3 | 138,2 |
avtomobil benzini və dizel yanacağı | 1 151,9 | 99,7 |
digər qeyri-ərzaq malları | 3 995,8 | 100,6 |
2020-ci ilin yanvar-iyul aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,6 faizi ərzaq məhsullarının, 5,2 faizi içkilər və tütün məmulatlarının, 14,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 23,1 faizi ticarət müəssisələri, 50,5 faizi fərdi sahibkarlar tərəfindən, 26,4 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 11,8 faiz, fərdi sahibkarlar üzrə 0,4 faiz artmış, bazar və yarmarkalarda isə 15,4 faiz azalmışdır.
2020-ci ilin yanvar-iyul aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 306,4 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 1,3 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 164,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,5 manatlıq qeyri-ərzaq malları almışdır.
Əaqə telefonu: 538 77 25