Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2020-ci ilin yanvar-iyun aylarında təbii qazın paylanması haqqında
Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2020-ci ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 16208,0 milyon kub metr təşkil etmişdir. Ehtiyatların 85,0 faizi hasilatın, 15,0 faizi qalığın hesabına formalaşmışdır. Təbii qazın 39,6 faizi istehlak, 41,1 faizi ixrac olunmuş, 3,2 faizi itkiyə getmiş, 16,1 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalmışdır.
Ölkə daxilində istehlak edilmiş təbii qazın 65,6 faizi istehsal ehtiyaclarına sərf edilmiş, 34,4 faizi isə əhaliyə satılmışdır.
2020-ci ilin yanvar-iyun aylarında 6656,2 milyon kub metr və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 16,0 faiz çox təbii qaz ixrac edilmişdir.
Əhali tərəfindən 2212,7 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,3 faiz çox təbii qaz istehlak edilmiş, onun 37,0 faizi Bakı şəhərinin, 3,0 faizi Naxçıvan Muxtar Respublikasının, 16,5 faizi Aran, 12,2 faizi Gəncə-Qazax, 10,6 faizi Abşeron, 6,2 faizi Lənkəran, 5,2 faizi Şəki-Zaqatala, 4,7 faizi Quba-Xaçmaz, 2,6 faizi Dağlıq Şirvan, 2,0 faizi isə Yuxarı Qarabağ iqtisadi rayonlarının payına düşmüşdür.
Əlaqə telefonu: 538-63-03