Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2020-ci ilin yanvar-sentyabr aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında
2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1145 və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,0 faiz azalaraq 1527 nəfər olmuşdur. Onlardan 504-ü həlak olmuş, 1023-ü isə yaralanmışdır. Hadisələrin 41,7 faizi gündüz, 38,3 faizi gecə, 20,0 faizi isə toran vaxtı baş vermiş, 29,8 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.
Yol-nəqliyyat hadisələrinin 89,3 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində ötən ilin müvafiq dövrünə nisbətən həlak olanların sayı 1,5 faiz azalaraq 393 nəfər, yaralananların sayı 16,2 faiz azalaraq 951 nəfər olmuşdur.
Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı
Göstəricinin adı | 2020-ci ilin yanvar-sentyabr aylarında | 2019-cu ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə |
Bütün yol-nəqliyyat hadisələri – cəmi | 1145 | 89,9 |
Məkanına görə: | ||
magistral avtomobil yollarında | 122 | 83,0 |
yaşayış məntəqələrində | 1023 | 90,8 |
İşıqlılıq vəziyyətinə görə: | ||
gündüz vaxtı | 477 | 81,1 |
toran vaxtı | 229 | 101,3 |
gecə vaxtı | 439 | 95,4 |
Yol örtüyünün vəziyyətinə görə: | ||
quru yol örtüyü | 1092 | 89,4 |
digər (yaş, buz və s.) | 53 | 101,9 |
Zərərçəkənlərin sayı, nəfər | 1527 | 88,0 |
həlak olanlar | 504 | 90,5 |
yaralananlar | 1023 | 86,8 |
Bütün yol-nəqliyyat hadisələrinin 41,6 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,1 faizi bir neçə nəqliyyat vasitəsinin, 24,3 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81,3 faizini, yaralananların isə 75,3 faizini kişilər təşkil etmişdir.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 17 hadisə baş vermiş, nəticədə 10 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır. Hadisələrin 82,4 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.
2020-ci ilin yanvar-sentyabr aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2846,5 min olmuşdur. Xətaların 34,4 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 20,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 8,7 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 8,3 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 7,3 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,1 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, 3,2 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır. Qaydaların pozulmasına görə 93,2 milyon manat məbləğində cərimələr tətbiq edilmişdir.
Əlaqə telefonu: 377 10 70 (22-22)