Pərakəndə ticarət dövriyyəsi haqqında

11.12.2020, 12:00

2020-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara   35046,3 milyon manatlıq, o cümlədən 18851,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16194,5 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,0 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1 faiz artmışdır. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2,4 dəfə çox olmuşdur.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2019-cu ilin yanvar - noyabr aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 35 046,3 98,6
o cümlədən:
ərzaq məhsulları 17 082,6 103,3
içkilər və tütün məmulatları 1 769,2 100,3
toxuculuq məhsulları, geyim və ayaqqabılar 5 728,6 87,8
elektrik malları və mebellər 1 957,1 93,2
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 286,8 105,6
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 644,7 141,9
avtomobil benzini və dizel yanacağı 1 869,1 97,8
digər qeyri-ərzaq malları 5 708,2 95,5

 

2020-ci ilin yanvar-noyabr aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,7 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 16,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi elektrik malları və mebellərin, 5,3 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 23,2 faizi ticarət müəssisələri, 53,4 faizi fərdi sahibkarlar tərəfindən, 23,4 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,7 faiz, fərdi sahibkarlar üzrə 4,3 faiz artmış, bazar və yarmarkalarda isə 18,5 faiz azalmışdır.

2020-ci ilin yanvar-noyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 319,3 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 3,3 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 171,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,5 manatlıq qeyri-ərzaq malları almışdır.  

Əlaqə telefonu: 377 10 70 (22-93)