Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsinin kollektivi “YAŞAT” Fonduna ianə edib
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 08 dekabr tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) könüllü olaraq aylıq vəzifə maaşı həcmində pul vəsaiti köçürüblər.