Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Əsas kapitala yönəldilmiş vəsait haqqında
2020-ci ildə əsas kapitala 17028,1 milyon manat məbləğində, yaxud 2019-cu illə müqayisədə 8,3 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 0,3 faiz artmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,3 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 11175,8 milyon manatı və ya 65,6 faizi məhsul istehsalı sahələrinə, 4485,0 milyon manatı (26,4 faizi) xidmət sahələrinə, 1367,3 milyon manatı (8,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11911,1 milyon manatını və ya 69,9 faizini daxili vəsaitlər təşkil etmişdir. Sərmayə qoyuluşunun 10954,1 milyon manatı və ya 64,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 50,4 faiz, büdcə vəsaitləri 27,6 faiz, bank kreditləri 6,2 faiz, əhalinin şəxsi vəsaitləri 5,7 faiz, sair vəsaitlər 8,6 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,5 faiz təşkil etmişdir.
Əlaqə telefonu: 377 10 70 (22-10)