2007-ci ilin yanvar-avqust aylarında istehlak bazarı haqqında

07.09.2007

2007-ci ilin səkkiz ayı ərzində ticarət şəbəkəsindən əhaliyə 4,8 milyard manatlıq və ya əvvəlki ilin eyni dövründəkindən 14,7 faiz çox geniş çeşidli müxtəlif istehlak malları satılmışdır. İstehlak mallarının 3,1 milyard manatını ərzaq, 1,7 milyard manatını qeyri-ərzaq malları təşkil etmiş və onların satışı 2006-cı ilin səkkiz ayı ilə müqayisədə müvafiq olaraq 12,4 və 19,4 faiz artmışdır. Ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin 16,1 faizi hüquqi şəxslərin, 48,0 faizi mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 35,9 faizi isə hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarların fəaliyyəti hesabına formalaşmışdır. Hesabat dövründə əhaliyə 1,4 milyard manatlıq və ya 32,9 faiz çox pullu xidmət göstərilmişdir. Xidmətin 75,3 faizi hüquqi, 24,7 faizi fiziki şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə müvafiq olaraq 34,4 və 28,5 faiz çox pullu xidmət göstərilmişdir.