Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2007-ci ilin yanvar-iyul aylarında nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə
Yanvar-iyul aylarında nəqliyyat müəssisələrində muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1232 nəfər artaraq 67007 nəfər təşkil etmişdir. Onların 84,5 faizi dövlət müəssisələrində, 15,5 faizi özəl bölmədə fəaliyyət göstərirlər. İşçilərin 64,0 faizi quru yol, 13,7 faizi su, 5,5 faizi hava nəqliyyatı və 16,8 faizi işə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə çalışmışdır. İşçilərin orta aylıq əmək haqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 36,6 faiz artaraq 213,4 manat olmuşdur. Bu göstərici hava nəqliyyatında 511,4 manat, dəniz nəqliyyatında 355,0 manat, dəmir yolu nəqliyyatında isə 130,2 manat təşkil etmişdir. Rabitə müəssisələrində işləyənlərin sayı 5,7 faiz çoxalaraq 21589 nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 39,4 faiz artaraq 293,8 manat olmuşdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin əmək haqqı dövlət bölməsinə nisbətən 5,1 dəfə çox olmuşdur.