2007-ci ilin yanvar-iyul aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin işi haqqında

18.09.2007

Beynəlxalq nəqletmədə strateji marşrutlardan hesab olunan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 27,0 milyon ton yük, 103,6 milyon nəfər sərnişin daşınmışdır. Yük daşınmasında dəmir yolu nəqliyyatı 57,9 faiz, avtomobil nəqliyyatı 30,0 faiz, dəniz nəqliyyatı 12,1 faiz paya malik olmuş, dəhlizdə bu nəqliyyat növləri ilə daşınmış yüklər ölkənin nəqliyyat sektorunda daşınmış bütün yüklərin 28,9 faizini təşkil etmişdir. Ölkə ərazisindən ötürülmüş tranzit yüklərin həcmi 5,8 milyon ton olmuş, dəmir yolunda yük daşınmasının 18,7 faizi, dəniz nəqliyyatında isə 88,8 faizi tranzit yüklərin hesabına həyata keçirilmişdir. Daşımalardan 132,6 milyon manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çox gəlir əldə edilmişdir. Gəlirlərin yaranmasında dəmir yolu nəqliyyatı daha çox - 62,9 faizlik paya malik olmuş, gəlirlərin qalan hissəsi - 19,5 faizi avtomobil, 17,6 faizi isə dəniz nəqliyyatının fəaliyyəti nəticəsində yaranmışdır.