Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Əsas kapitala yönəldilmiş vəsait haqqında
2021-ci ilin yanvar-may aylarında əsas kapitala 4907,0 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,1 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 7,9 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 3392,2 milyon manatı və ya 69,1 faizi məhsul istehsalı sahələrinə, 1143,2 milyon manatı (23,3 faizi) xidmət sahələrinə, 371,6 milyon manatı (7,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2960,8 milyon manatını və ya 60,3 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3287,1 milyon manatı və ya 67,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 61,5 faiz, büdcə vəsaitləri 18,1 faiz, bank kreditləri 6,0 faiz, əhalinin şəxsi vəsaitləri 6,9 faiz, sair vəsaitlər isə 7,5 faiz təşkil etmişdir.
Əlaqə telefonu: 377 10 70 (22-10)