Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Əsas kapitala yönəldilmiş vəsait haqqında
2021-ci ilin yanvar-iyun aylarında əsas kapitala 5919,4 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,8 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 11,3 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 4068,9 milyon manatı və ya 68,7 faizi məhsul istehsalı sahələrinə, 1381,5 milyon manatı (23,4 faizi) xidmət sahələrinə, 469,0 milyon manatı (7,9 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3610,3 milyon manatını və ya 61,0 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3938,0 milyon manatı və ya 66,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 60,4 faiz, büdcə vəsaitləri 19,1 faiz, bank kreditləri 6,0 faiz, əhalinin şəxsi vəsaitləri 7,2 faiz, sair vəsaitlər isə 7,3 faiz təşkil etmişdir.
Əlaqə telefonu: 377 10 70 (22-10)