Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Pərakəndə ticarət dövriyyəsi haqqında
2021-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 19383,1 milyon manatlıq, o cümlədən 10436,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8946,3 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz, qeyri-ərzaq malları üzrə 1,1 faiz artmışdır.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla |
2020-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 19 383,1 | 101,7 |
o cümlədən: | ||
ərzaq məhsulları | 9 393,2 | 102,5 |
içkilər və tütün məmulatları | 1 043,6 | 100,7 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 2 764,3 | 101,0 |
elektrik malları və mebellər | 1 026,6 | 100,2 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 149,9 | 107,4 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 433,9 | 135,2 |
avtomobil benzini və dizel yanacağı | 1 192,6 | 103,0 |
digər qeyri-ərzaq malları | 3 379,0 | 97,5 |
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,4 faizi ərzaq məhsullarının, 5,4 faizi içkilər və tütün məmulatlarının, 14,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi avtomobil benzini və dizel yanacağının, 5,3 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
2021-ci ilin birinci yarısında istehlak mallarının dəyər ifadəsində 27,2 faizi ticarət müəssisələri, 50,1 faizi fərdi sahibkarlar tərəfindən, 22,7 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 17,7 faiz, fərdi sahibkarlar üzrə 1,2 faiz artmış, bazar və yarmarkalarda isə 11,7 faiz azalmışdır.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 322,7 manatlıq, o cümlədən 173,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 148,9 manatlıq qeyri-ərzaq malları almışdır.
Əlaqə telefonu: 377 10 70 (22-60)