Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Pambıq yığımının gedişi
Kənd əməkçiləri pambıq tarlalarında məhsul yığımını davam etdirirlər. Operativ məlumatlara görə oktyabrın 8-i vəziyyətinə mövsümün əvvəlindən ölkə üzrə 55.3 min ton, o cümlədən Saatlı rayonunda 12 min ton, İmişlidə 7.2 min ton, Biləsuvarda 6.5 min ton, Sabirabadda 5.0 min ton, Bərdədə 4.2 min ton və Beyləqan rayonunda 4.0 min ton xam pambıq məhsulu yığılıb emal müəssisələrinə satılmışdır. Respublikada istehsal olunan pambığın 70.1 faizi göstərilən rayonların payına düşür.
Ötən həftə ərzində sahələrdən 14.1 min ton məhsul toplanmış, yığımın sürəti keçən ilin eyni dövrü ilə müqayisədə 31.5 faiz yuxarı olmuşdur.
Məhsulun proqnozlaşdırılması üzrə cari ilin sentyabr ayında pambıqçılıq təsərrüfatlarında aparılmış sorğunun nəticələrinin təhlili göstərir ki, yetişdirilmiş məhsulun itkisiz yığılması tam təmin edilərsə pambıq istehsalının ümumi həcmini 126 min tona çatdırmaq olar.