Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Əmtəə dövriyyəsi və pullu xidmət haqqında
2007-ci ilin yanvar-sentyabr aylarında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi ötən ilin eyni dövrünün göstəricisini 14,9 faiz üstələyərək 5,4 milyard manat olmuşdur. Dövriyyənin 16,2 faizi hüquqi şəxslərin, 47,8 faizi mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 36,0 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşmışdır. Hesabat dövründə ticarət şəbəkələrindən əhaliyə 3,5 milyard manatlıq ərzaq, 1,9 milyard manatlıq qeyri-ərzaq malları satılmış və 2006-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə müvafiq olaraq 12,8 və 19,5 faiz artmışdır. Doqquz ay ərzində əhaliyə 1,6 milyard manatlıq və ya 33,1 faiz çox pullu xidmət göstərilmişdir. Xidmətin 75,4 faizi hüquqi, 24,6 faizi fiziki şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə müvafiq olaraq 34,7 və 28,4 faiz çox xidmət göstərilmişdir.