2007-ci ilin yanvar-sentyabr aylarında əhalinin gəlirləri haqqında

16.10.2007

Cari ilin yanvar-sentyabr aylarında əhalinin adambaşına gəlirləri 2006-cı ilin eyni dövrü ilə müqayisədə 38.2 faiz artaraq 1079.0 manat və ya 1252.5 ABŞ dolları təşkil etmişdir. Bu dövrdə hər ay adambaşına orta hesabla 119.9 manat (139.2 ABŞ dolları) məbləğində gəlir düşmüşdür ki, bu da 2006-cı ildəkindən 33.1 manat çoxdur.
Doqquz ay ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 9.1 milyard manatlıq gəlirin 62.5 faizi son istehlak xərclərinə, 11.6 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqqlarının ödənilməsinə sərf edilmiş, 25.9 faizi isə kapital və əmanətlərin artırılmasına yönəldilmişdir.
Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqqları ödənildikdən sonra əhalinin sərəncamında 8.1 milyard manatlıq və ya əvvəlki ildəkindən 2.4 milyard manat çox vəsait qalmışdır.