Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Pərakəndə ticarət dövriyyəsi haqqında
2021-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26460,0 milyon manatlıq, o cümlədən 14346,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12113,1 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 faiz, qeyri-ərzaq malları üzrə 3,1 faiz artmışdır.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla |
2020-ci ilin yanvar-avqust aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 26 460,0 | 102,7 |
o cümlədən: | ||
ərzaq məhsulları | 12 969,0 | 102,6 |
içkilər və tütün məmulatları | 1 377,9 | 100,6 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 3 684,7 | 100,7 |
elektrik malları və mebellər | 1 402,9 | 101,1 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 232,4 | 121,1 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 580,5 | 131,4 |
avtomobil benzini və dizel yanacağı | 1 609,7 | 103,0 |
digər qeyri-ərzaq malları | 4 602,9 | 102,0 |
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,0 faizi ərzaq məhsullarının, 5,2 faizi içkilər və tütün məmulatlarının, 13,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi avtomobil benzini və dizel yanacağının, 5,3 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
2021-ci ilin yanvar-avqust aylarında istehlak mallarının dəyər ifadəsində 27,7 faizi ticarət müəssisələri, 49,0 faizi fərdi sahibkarlar tərəfindən, 23,3 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 24,6 faiz artmış, fərdi sahibkarlar üzrə 0,9 faiz, bazar və yarmarkalarda 9,2 faiz azalmışdır.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 330,3 manatlıq, o cümlədən 179,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,2 manatlıq qeyri-ərzaq malları almışdır.
Əlaqə telefonu: 377 10 70 (22-60)