Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2007-ci ilin yanvar-sentyabr aylarında birjaların fəaliyyəti haqqında
Ölkədə fəaliyyət göstərmiş birjalar tərəfindən 2007-ci ilin doqquz ayında keçirilmiş 405 hərracda 4 milyard 202 milyon manatlıq valyuta ehtiyatları, qiymətli kağızlar, daşınmaz əmlak və istehsal-texniki təyinatlı məhsullar realizə olunmuş və dövriyyənin ümumi həcmi 2006-cı ilin müvafiq dövrünə nisbətən 2.3 dəfə artmışdır. Fəaliyyət göstərdiyi dövrdə keçirilən hərracların sayına və dövriyyənin ümumi həcminə görə Bakı Banklararası valyuta və Bakı fond birjası xüsusi yer tutur. Ötən ilin müvafiq dövrünə nusbətən dövriyyənin həcmi Bakı Banklararası valyuta birjasında 8 faiz artaraq, 1 milyard 72 milyon manatlıq ABŞ dolları, 8.1 milyon manatlıq avro satılmışdır. Bakı fond birjasında dövriyyənin həcmi 2,8 dəfə artaraq, 3 milyard 120 milyon manatlıq qiymətli kağızlar satılmışdır. Əmtəə birjalarında istehsal-texniki təyinatlı məhsulların satışı 1.4 dəfə, daşınmaz əmlakın satışı 5.0 faiz artmışdır.