Tikintilərin aparılmasına icazələrin verilməsi haqqında

22.10.2007

2007-ci ilin doqquz ayı ərzində ölkə ərazisində ümumi dəyəri 258,1 milyon manat olan 1946 istehsal və qeyri-istehsal təyinatlı tikili və obyektlərin tikintisinin aparılmasına icazə verilmişdir. Həmin obyektlərin 836-sı ticarət və xidmət, 987-si yaşayış tikintisi, 9-u nəqliyyat, 12-si sənaye, 7-si kənd təsərrüfatı sahələrinə, 95-i isə iqtisadiyyatın digər sahələrinə aiddir. Cari ilin doqquz ayı ərzində ümumi sahəsi 585,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə icazə verilmişdir. Bu evlərin 553,2 min kvadrat metri qeyri-dövlət mülkiyyətində olan təşkilatlara, 32,5 min kvadrat metri dövlət təşkilatlarına məxsusdur. Tikintisinin aparılmasına icazə verilmiş tikili və obyektlərin yarıdan çoxunun (64,0 faizinin) inşaası Bakı, Əli Bayramlı, Gəncə və Mingəçevir şəhərlərində, habelə Şamaxı, Şəki, Astara, Qax, Lənkəran, Ağsu, Masallı və Ağcabədi rayonlarında həyata keçiriləcəkdir.