Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2021-ci ilin yanvar-sentyabr aylarında mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti haqqında
2021-ci ilin yanvar-sentyabr aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 66,3 faiz artaraq 1340,6 min olmuşdur. Gecələmələrin 46,3 faizi Bakıda, 8,8 faizi Xaçmazda, 8,5 faizi Qəbələdə, 5,8 faizi Şabranda, 5,7 faizi Qubada, 4,4 faizi Lənkəranda, 3,8 faizi Qusarda, 2,7 faizi Naftalanda, 1,8 faizi Qaxda, 1,7 faizi Şamaxıda, 1,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,3 faizi Masallıda, 1,1 faizi Mingəçevirdə, 0,7 faizi Gəncədə, 0,6 faizi Zaqatalada, 0,5 faizi Şəkidə, 0,5 faizi Astarada və 4,4 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35,0 faiz azalaraq 241,0 min olmuşdur ki, bu da ümumi gecələmələrin 18,0 faizini təşkil edir. Gecələmələrin 15,3 faizi Türkiyə, 11,3 faizi Rusiya Federasiyası,11,2 faizi Böyük Britaniya, 6,0 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,4 faizi İtaliya, 3,2 faizi Almaniya, 3,1 faizi İsrail, 3,1 faizi ABŞ, 2,2 faizi Qətər, 1,9 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,5 faizi Belarus, 1,4 faizi Niderland, 1,3 faizi İran, 1,3 faizi Qazaxıstan, 1,2 faizi Fransa, 1,0 faizi Norveç, 1,0 faizi Gürcüstan, 28,9 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 82,9 faizi Bakıda, 5,3 faizi Qəbələdə, 3,2 faizi Qusarda, 2,1 faizi Naxçıvan Muxtar Respublikasında, 1,8 faizi Qubada, 1,6 faizi Şabranda, 1,3 faizi Naftalanda, 0,4 faizi Mingəçevirdə, 0,4 faizi Şamaxıda, 1,0 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır. Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,5 dəfə artaraq 1099,6 min olmuşdur.
2021-ci ilin yanvar-sentyabr aylarında mehmanxanaların gəlirləri 2020-ci illin müvafiq dövrü ilə müqayisədə 62,4 faiz artaraq 154,1 milyon manat olmuşdur ki, onun da 60,8 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,6 faizi ictimai iaşə xidmətlərindən, 2,3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,3 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
2021-ci ilin yanvar-sentyabr aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 11,2 faiz səviyyəsində olmuşdur (2020-ci ilin yanvar-sentyabr aylarında 7,0 faiz). Bu göstərici Şabranda 83,1 faiz, Beyləqanda 24,7 faiz, Qubada 21,3 faiz, Naftalanda 21,0 faiz, Lənkəranda 20,4 faiz, Qəbələdə 17,5 faiz, Şəmkirdə 13,8 faiz, Ağcabədidə 13,8 faiz, Bakıda 13,5 faiz, Cəlilabadda 13,2 faiz, Bərdədə 13,0 faiz, Şamaxıda 11,4 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olmuşdur.
Əlaqə telefonu: 377 10 70 (22-22)