Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dünya Bankının Azərbaycan üzrə Ölkə Meneceri xanım Sara Maykl ilə görüşüb
Noyabrın 1-də Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dünya Bankının Azərbaycan üzrə Ölkə Meneceri xanım Sara Maykl ilə görüşüb.
Görüş zamanı son illər ərzində Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasındakı fəal tərəfdaşlıq nəticəsində ikitərəfli əməkdaşlığın inkişafına yönəlmiş bir çox görüşlərin təşkil olunduğu qeyd edilmiş, bu tərəfdaşlıq çərçivəsində həyata keçirilən “Azərbaycan Respublikası: 2018-2022-ci illərdə müfəssəl institusional, kadr və informasiya-kommunikasiya texnologiyaları potensialının artırılması planları daxil olmaqla, 2018-2030-cu illər üzrə Statistikanın İnkişafı üzrə Milli Strategiya Layihəsi”nin icrası ilə bağlı və perspektiv planlar ətrafında müzakirələr aparılmış, həyata keçirilən birgə tədbirlərin ölkədə statistika potensialının gücləndirilməsində, milli statistika sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və ölkə statistikasının inkişafında əhəmiyyəti vurğulanmışdır.
Dünya Bankının Azərbaycan üzrə Ölkə Meneceri xanım Sara Maykl səmimi görüşə görə öz məmnunluğunu ifadə edib.