Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2021-ci ilin yanvar-sentyabr aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında
2021-ci ilin yanvar-sentyabr aylarında 1171 və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çox yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1,3 faiz artaraq 1547 nəfər olmuşdur. Onlardan 504-ü həlak olmuş, 1043-ü isə yaralanmışdır. Hadisələrin 41,7 faizi gündüz, 40,0 faizi gecə, 18,3 faizi isə toran vaxtı baş vermiş, 28,8 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.
Yol-nəqliyyat hadisələrinin 88,0 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,0 faiz azalaraq 385 nəfər, yaralananların sayı 2,1 faiz artaraq 971 nəfər olmuşdur.
Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı
Göstəricinin adı | 2021-ci ilin yanvar-sentyabr aylarında | 2020-ci ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə |
Bütün yol-nəqliyyat hadisələri – cəmi | 1171 | 102,3 |
Məkanına görə: | ||
magistral avtomobil yollarında | 141 | 115,6 |
yaşayış məntəqələrində | 1030 | 100,7 |
İşıqlılıq vəziyyətinə görə: | ||
gündüz vaxtı | 488 | 102,3 |
toran vaxtı | 215 | 93,9 |
gecə vaxtı | 468 | 106,6 |
Yol örtüyünün vəziyyətinə görə: | ||
quru yol örtüyü | 1100 | 100,7 |
digər (yaş, buz və s.) | 71 | 134,0 |
Zərərçəkənlərin sayı, nəfər | 1547 | 101,3 |
həlak olanlar | 504 | 100,0 |
yaralananlar | 1043 | 102,0 |
Bütün yol-nəqliyyat hadisələrinin 41,3 faizi nəqliyyat vasitələrinin və piyadaların, 36,0 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,7 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 79,8 faizini, yaralananların isə 71,8 faizini kişilər təşkil etmişdir.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 15 hadisə baş vermiş, nəticədə 6 nəfər həlak olmuş, 16 nəfər yaralanmışdır. Hadisələrin 73,3 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.
Əlaqə telefonu: 377 10 70 (22-22)