Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2021-ci ilin yanvar-noyabr aylarında Ümumi Daxili Məhsul istehsalı
2021-ci ilin yanvar-noyabr aylarında ölkədə 80688,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 faiz, qeyri neft-qaz sektorunda isə 6,4 faiz artmışdır.
ÜDM istehsalının 41,6 faizi sənaye, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,9 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,8 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 8055,3 manata bərabər olmuşdur.
Əlaqə nömrəsi: 377 10 70 (22-15)