2007-ci ilin yanvar-oktyabr aylarında istehlak bazarı haqqında

08.11.2007

2007-ci ilin on ayı ərzində ticarət şəbəkəsindən əhaliyə 6,0 milyard manatlıq və ya əvvəlki ilin eyni dövründəkindən 15,0 faiz çox geniş çeşidli müxtəlif istehlak malları satılmışdır. İstehlak mallarının 3,9 milyard manatını ərzaq, 2,1 milyard manatını qeyri-ərzaq malları təşkil etmiş və onların satışı 2006-cı ilin on ayı ilə müqayisədə müvafiq olaraq 13,1 və 19,1 faiz artmışdır. Ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin 16,2 faizi hüquqi şəxslərin, 47,7 faizi mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 36,1 faizi isə hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarların fəaliyyəti hesabına formalaşmışdır. Hesabat dövründə əhaliyə 1 milyard 844,1 milyon manatlıq və ya 33,3 faiz çox pullu xidmət göstərilmişdir. Xidmətin 75,5 faizi hüquqi, 24,5 faizi fiziki şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə müvafiq olaraq 35,0 və 28,3 faiz çox pullu xidmət göstərilmişdir.