Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2021-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımaları haqqında
2021-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 39627,4 min ton, yük dövriyyəsi isə 9591,5 milyon ton-km olmuş, 2020-ci illə müqayisədə müvafiq olaraq 3,0 faiz və 3,6 faiz artım müşahidə olunmuşdur. Yüklərin 21606,6 min tonu və ya 54,5 faizi avtomobil nəqliyyatı, 13462,8 min tonu və ya 34,0 faizi dəmir yolu nəqliyyatı, 4558,0 min tonu və ya 11,5 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.
Dəhliz vasitəsilə daşınmış yüklərin 22,3 faizini və ya 8826,3 min tonunu tranzit yüklər təşkil etmişdir.
Əlaqə telefonu: 377 10 70 (22-22)