Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Serbiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviç ilə görüşüb
Fevralın 28-də Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Serbiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviç ilə görüşüb.
Draqan Vladisavljeviçi salamlayan Tahir Budaqov onunla görüşdən məmnunluğunu ifadə edərək Azərbaycandakı fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzulayıb.
Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviç öz növbəsində səmimi görüşə görə Tahir Budaqova təşəkkür edib.
Azərbaycan-Serbiya münasibətlərinin inkişafında hər iki dövlət başçısının fəaliyyətlərinin xüsusi vurğulandığı görüşdə bütün istiqamətlərdə olduğu kimi statistika sahəsində də əməkdaşlığın vacibliyi qeyd edilib, perspektivli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.