Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2007-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə
Yanvar-sentyabr aylarında nəqliyyat müəssisələrində muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1262 nəfər artaraq 67366 nəfər təşkil etmişdir. Onların 84,1 faizi dövlət müəssisələrində, 15,9 faizi özəl bölmədə çalışır. İşçilərin 64,0 faizi quru yol, 13,6 faizi su, 5,8 faizi hava nəqliyyatı və 16,6 faizi köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə çalışmışdır. İşçilərin orta aylıq əmək haqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 36,4 faiz artaraq 217,4 manat olmuşdur. Bu göstərici hava nəqliyyatında 545,0 manat, dəniz nəqliyyatında 358,5 manat, dəmir yolu nəqliyyatında isə 131,0 manat təşkil etmişdir. Əmək haqqının artımı hava nəqliyyatında 43,2 faiz, dəniz nəqliyyatında 43,1 faiz, dəmir yolu nəqliyyatında 28,4 faiz səviyyəsində olmuşdur. Rabitə müəssisələrində işləyənlərin sayı 5,8 faiz çoxalaraq 21734 nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 39,5 faiz artaraq 291,2 manat olmuşdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin əmək haqqı dövlət bölməsinə nisbətən 4,8 dəfə çoxdur.