Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2022-ci ilin yanvar-may aylarında Ümumi Daxili Məhsul istehsalı
2022-ci ilin yanvar-may aylarında ölkədə 50867,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,5 faiz, qeyri neft-qaz sektorunda isə 11,0 faiz artmışdır.
ÜDM istehsalının 54,7 faizi sənaye, 7,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,7 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 5063,1 manata bərabər olmuşdur.
Əlaqə nömrəsi: 377 10 70 (22-15)