Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Əsas kapitala yönəldilmiş vəsait haqqında
2022-ci ilin yanvar-iyul aylarında əsas kapitala 7301,7 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15,5 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,5 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 4492,6 milyon manatı və ya 61,5 faizi məhsul istehsalı sahələrinə, 2355,5 milyon manatı (32,3 faizi) xidmət sahələrinə, 453,6 milyon manatı (6,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5427,8 milyon manatını və ya 74,3 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5174,9 milyon manatı və ya 70,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54,4 faiz, büdcə vəsaitləri 29,6 faiz, əhalinin şəxsi vəsaitləri 7,8 faiz, sair vəsaitlər 5,0 faiz, bank kreditləri isə 3,2 faiz təşkil etmişdir.
Əlaqə telefonu: 377 10 70 (22-10)