Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2022-ci ilin yanvar-avqust aylarında sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-avqust aylarında 56,1 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 1,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 9,0 faiz artmışdır.
Sənaye məhsulunun 75,5 faizi mədənçıxarma sektorunda, 20,6 faizi emal sektorunda, 3,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,2 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 11,3 faiz artmışdır.
Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 3,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, əczaçılıq məhsullarının istehsalı 76,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 59,9 faiz, elektrik avadanlıqlarının istehsalı 50,1 faiz, mebel istehsalı 49,8 faiz, geyim istehsalı 47,3 faiz, maşın və avadanlıqların istehsalı 38,5 faiz, hazır metal məmulatlarının istehsalı 35,9 faiz, poliqrafiya məhsullarının istehsalı 27,3 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 25,9 faiz, tikinti materiallarının istehsalı 21,7 faiz, kağız və karton istehsalı 18,9 faiz, qida məhsullarının istehsalı 13,2 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 12,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 9,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 8,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 7,1 faiz, tütün məmulatlarının istehsalı 2,4 faiz artmış, içkilərin istehsalı 6,1 faiz, neft məhsullarının istehsalı 10,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 22,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 28,0 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,1 faiz artmışdır.
Əlaqə telefonu: 377-10-70 (22-10)