Birjaların fəaliyyəti haqqında

21.01.2008

2007-ci ildə ölkədə fəaliyyət göstərmiş birjalar tərəfindən keçirilmiş 530 hərracda 7 milyard 54 milyon manatlıq valyuta ehtiyatları, qiymətli kağızlar, daşınmaz əmlak və istehsal-texniki təyinatlı məhsullar realizə olunmuş və dövriyyənin ümumi həcmi 2006-cı ilə nisbətən 2.2 dəfə artmışdır. Fəaliyyət göstərdiyi dövrdə keçirilən hərracların sayına və dövriyyənin ümumi həcminə görə Bakı Banklararası valyuta və Bakı fond birjası xüsusi yer tutur. Ötən ilə nisbətən dövriyyənin həcmi Bakı Banklararası valyuta birjasında 9 faiz azalaraq, 1518,5 milyon manatlıq ABŞ dolları, 15,3 milyon manatlıq avro satılmışdır. Bakı fond birjasında isə dövriyyənin həcmi 3,6 dəfə artaraq, 5518,9 milyon manatlıq qiymətli kağızlar satılmışdır. Əmtəə birjalarında istehsal-texniki təyinatlı məhsulların satışı 2,6 dəfə artmış, daşınmaz əmlakın satışı isə 49 faiz azalmışdır.