2007-ci il ərzində yeni yaradılmış hüquqi və fiziki şəxslər haqqında

24.01.2008

2007-ci il ərzində qeydiyyata alınmış 5145 hüquqi şəxsin 162-si dövlət mülkiyyətinə, 4512-si xüsusi mülkiyyətə mənsubdur. Onların 355-i tam xarici investisiyalı, 107-si birgə müəssisələrə, 9-u isə bələdiyyələrə aiddir. Yeni müəssisələrin 61.1 faizi Bakıda, 10.5 faizi Aran, hər birində 5.2 faiz olmaqla Lənkəran və Abşeron, 4.8 faizi Gəncə-Qazax, 4.1 faizi Naxçıvan iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə yaradılmışdır. Azərbaycan Respublikasının vergi orqanlarının məlumatlarına əsasən, 2007-ci ildə 40069 fiziki şəxs qeydiyyatdan keçmişdir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daha çox Bakı, Aran, Gəncə-Qazax, Abşeron və Lənkəran iqtisadi rayonlarında qeydiyyata alınmışlar.