Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2022-ci ilin yanvar-sentyabr aylarında sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-sentyabr aylarında 64,1 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 1,9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 7,2 faiz artmışdır.
Sənaye məhsulunun 75,8 faizi mədənçıxarma sektorunda, 20,4 faizi emal sektorunda, 3,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,4 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 9,8 faiz artmışdır.
Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 3,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 93,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 63,1 faiz, maşın və avadanlıqların istehsalı 49,4 faiz, geyim istehsalı 44,7 faiz, elektrik avadanlıqlarının istehsalı 43,0 faiz, mebel istehsalı 42,8 faiz, əczaçılıq məhsullarının istehsalı 38,1 faiz, hazır metal məmulatlarının istehsalı 34,3 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 23,0 faiz, poliqrafiya məhsullarının istehsalı 21,7 faiz, tikinti materiallarının istehsalı 17,0 faiz, kağız və karton istehsalı 16,4 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 10,3 faiz, qida məhsullarının istehsalı 9,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 7,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 5,5 faiz, tütün məmulatlarının istehsalı 0,1 faiz artmış, içkilərin istehsalı 5,2 faiz, neft məhsullarının istehsalı 9,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 24,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 31,1 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,8 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,5 faiz artmışdır.
Əlaqə telefonu: 377-10-70 (22-10)