Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Əsas kapitala yönəldilmiş vəsait haqqında
2022-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala 10154,4 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,5 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 18,1 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 5993,9 milyon manatı və ya 59,0 faizi məhsul istehsalı sahələrinə, 3500,4 milyon manatı (34,5 faizi) xidmət sahələrinə, 660,1 milyon manatı (6,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7665,6 milyon manatını və ya 75,5 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7359,8 milyon manatı və ya 72,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 51,9 faiz, büdcə vəsaitləri 32,8 faiz, əhalinin şəxsi vəsaitləri 8,0 faiz, sair vəsaitlər 4,3 faiz, bank kreditləri isə 3,0 faiz təşkil etmişdir.
Əlaqə telefonu: 377-10-70 (22-10)