Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2022-ci ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında
2022-ci ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə artaraq 2046,5 min olmuşdur. Gecələmələrin 53,0 faizi Bakıda, 6,9 faizi Qəbələdə, 6,2 faizi Xaçmazda, 6,1 faizi Qubada, 4,3 faizi Qusarda, 4,1 faizi Şabranda, 3,7 faizi Lənkəranda, 3,1 faizi Naftalanda, 1,8 faizi Naxçıvan Muxtar Respublikasında, 1,0 faizi İsmayıllıda, 1,0 faizi Qaxda, 1,0 faizi Şamaxıda, 0,8 faizi Masallıda, 0,7 faizi Şuşada və 6,3 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınmışdır.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə artaraq 1031,4 min olmuşdur ki, bu da ümumi gecələmələrin 50,4 faizini təşkil edir. Gecələmələrin 19,7 faizi Səudiyyə Ərəbistanı, 11,2 faizi Rusiya Federasiyası, 10,0 faizi Birləşmiş Ərəb Əmirlikləri, 8,2 faizi Türkiyə, 4,3 faizi Küveyt, 4,1 faizi İsrail, 3,9 faizi Hindistan, 3,4 faizi ABŞ, 3,1 faizi Böyük Britaniya, 2,3 faizi Pakistan, 1,6 faizi Qazaxıstan, 1,5 faizi Qətər, 1,4 faizi Almaniya, 1,2 faizi Özbəkistan, 1,1 faizi Gürcüstan,1,1 faizi İtaliya, 1,0 faizi İran, 0,9 faizi Oman, 0,7 faizi Çin, 0,6 faizi Niderland, 0,6 faizi Ukrayna 18,1 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 78,3 faizi Bakıda, 8,1 faizi Qəbələdə, 4,4 faizi Qubada, 3,6 faizi Qusarda, 2,4 faizi Naftalanda, 0,7 faizi Şabranda, 0,5 faizi Naxçıvan Muxtar Respublikasında, 2,0 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.
Azərbaycan Respublikası vətəndaşlarının keçirdiyi gecələmələrin sayı 1015,1 min olmuşdur ki, bu da ümumi gecələmələrin 49,6 faizini təşkil edir.
2022-ci ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə artaraq 269,1 milyon manat olmuşdur ki, onun da 60,3 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,6 faizi ictimai iaşə xidmətlərindən, 3,0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
2022-ci ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 16,3 faiz səviyyəsində olmuşdur (2021-ci ilin yanvar-sentyabr aylarında 11,2 faiz). Bu göstərici Şabranda 89,6 faiz, Naftalanda 37,5 faiz, Qubada 30,4 faiz, Lənkəranda 25,9 faiz, Beyləqanda 25,7 faiz, Bakıda 23,6 faiz, Qəbələdə 21,8 faiz, Şuşada 19,1 faiz, Ağcabədidə 19,1 faiz, Qusarda 16,9 faiz, Sabirabadda 16,9 faiz digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olmuşdur.
Əlaqə telefonu: 377 10 70 (22-22)